AST Telman Fransadan sığınacaq istədi: “Əlimdə ifşaedici faktlar var”

AST Telman Fransadan sığınacaq istədi: “Əlimdə ifşaedici faktlar var”
  22 Noyabr 2017    Oxunub:20917
Azərbaycan əsilli biznesmen Telman İsmayılov siyasi sığınacaq almaq məqsədilə Fransa hökumətinə müraciət edib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, Telman İsmayılov əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar olduğunu və onları müdafiəsi qarşılığında Fransanın xüsusi xidmət orqanlarına verə biləcəyini bəyan edib.

Qeyd edək ki, T.İsmayılov Rusiyada qətllə ittiham olunaraq barəsində həbs qərarı çıxarılıb. Beynəlxalq axtarışa verilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Telman-İsmayılov  





Xəbər lenti